Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi və çeşidi açıqlanıb

41

Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün göndərdiyi humanitar yardıma daxil olan məhsullar və onların çeşidi açıqlanıb.

mobilmedia.az-ın xəbərinə görə, yardımda xüsusi paketlərdə istehsal olunan un, çörək, yağ, şəkər tozu, çay müxtəlif çeşidli konfetlər, makaron, vermişel, bulqur, düyü məhsulları olub.

Bundan başqa, dinc sakinlərin istifadə etməsi üçün uşaq bezi, diş fırçası, sabun və s. gigiyenik məhsullar da göndərilib.

Qeyd edək ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə ərzaq və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə yola salınıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin