25 futbolçu koronavirusa yoluxub

29

Qazaxıstanın “Kaysar” klubunun 25 oyunçusunda koronavirus aşkarlanıb.

Fanat.Az Sports.kz saytına istinadən xəbər verir ki, bu barədə “Kaysar”ın baş məşqçisi Stoyço Mladenov məlumat verib:

“Kaysar”ın 10 futbolçusunun koronavirus testinin nəticəsi pozitiv çıxıb. Gənclərdən ibarət komandamız – “Baykonur”u da nəzərə alsaq, COVID-19-a yoluxanların toplam sayının 25 olduğunu deyə bilərik. Mənim və məşqçilər korpusunun digər üzvlərinin, o cümlədən Aleksandr Kolevin analiz nəticələri neqativ çıxıb.

“Kaysar”ın matça çıxıb-çıxmayacağını bilmirik. Bugünkü məşqi ləğv etdik, yekun qərarı gözləyirik”.

“Kaysar” iyulun 1-də Qazaxıstan Premyer Liqasının 3-cü turu çərçivəsində “Taraz”la qarşılaşmalıdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin