Bakıda 25 min manat dəyərində ətir və saat oğurlanıb

31

Bakıda 25 000 manat dəyərində ətir və 2 ədəd saatı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

mobilmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 25 000 manat dəyərində ətir və 2 ədəd saat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin