İşğaldan azad olunan ərazilərdə 10 kütləvi məzarlıq aşkarlanıb – RƏSMİ

31

“Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olub”.

mobilmedia.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu sözləri itkin düşmüş şəxslərin taleyi ilə bağlı keçirilən konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin ərazilərimizi minalarla, partlamamış hərbi sursatlarla çirkləndirməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunmasına prosesinə ciddi maneə törədir:

“Etibarlı mənbələrə əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələləri daima Azərbaycan dövlətinin diqqət mərkəzindədir. 1993-cü ildə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb. Komissiya bu illər ərzində səmərəli fəaliyyət göstərib. 2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar yaranıb. Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması işlərinə başlanılıb. Son 2 ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilib”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin