
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib.
mobilmedia.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilib:
- “Kiçik qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə – 15000 (on beş min) manat;
- “Orta qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə – 30000 (otuz min) manat;
- “Böyük qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə – 50000 (əlli min) manat;
- “Səfər qrantı müsabiqəsi” üzrə – 10000 (on min) manat.



