Bakıda qadın boğularaq öldürülüb

39

Bu gün saat 14:00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-cü il təvəllüdlü Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin