Həkim: “Valideynlər məktəb çantaları seçərkən diqqətli olmalıdır”

32

“Məktəb çantaları bədən çəkisinin 10 faizindən artıq olmamalıdır”.

mobilmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib.

Onun sözlərinə görə, ən çox tövsiyə olunan kürəyə asılan çantalardır:

“Bəzən valideynlər ağır, bəzəkli çantalar alırlar. Məktəb çantaları bədən çəkisinin 10 faizindən artıq olmamalıdır. Bu, uşaqlarda assimetrik olaraq yüklənməyə və onurğa probleminin yaranmasına gətirib çıxara bilər”.