
Əfqanıstan və ona qonşu ölkələrdə sintetik narkotik qaçaqmalçılığı əhəmiyyətli dərəcədə geniş vüsət alıb.
mobilmedia.az xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb. Təşkilat Əfqanıstanda və qonşu ölkələrdə metamfetamin alverinin artdığına dair xəbərdarlıq edib. Qeyd edilib ki, 2017-ci ildə bu ölkədə və onun ətrafında ələ keçirilən 2,5 ton sintetik narkotiki 12 dəfə artaraq, 2021-ci ildə 29,7 tona çatıb.
Məlumatda Taliban hökumətinin 2022-ci ildə ölkədə heroini qadağan etməsinə baxmayaraq, bunun ticarətinin məhdud davam etdiyi, qadağadan sonra metamfetamin qaçaqmalçılığı və onun istehsalında nəzərəçarpacaq artım olduğu, bölgədə narkotik bazarının geniş şəkildə yenidən formalaşdığı qeyd olunub.



