
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
mobilmedia.az-ın məlumatına görə, mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanan 1983-cü il təvəllüdlü Məmmədzadə Vüsal Mahir oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.




