Yunanıstanla problemlərimizi çözə bilərik – Fidan

35

“Yunanıstanla yeni və müsbət bir dönəmə daxil olduq”.

mobilmedia.az xəbər verir ki, bunu Türkiyə XİN başçısı Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdən sonra keçirilən birgə mətbutat konfransında deyib.

“Qonşumuz Yunanıstanla dialoqumuzu ön şərt olmadan davam etdirməyə və əlaqələrimizi bütün sahələrdə ortaq maraqlar təməlində inkişaf etdirməyə hazırıq. Problemlərimizi qarşılıqlı olaraq hüquq və maraqlarımıza hörmətlə, beynəlxalq hüquq çərçivəsində çözə bilərik”, – Fidan bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin