Roma Papası öz varisini açıqladı

28

mobilmedia.az xəbər verir ki, Roma Papası Fransisk XXIV İohannın onun Müqəddəs Pyotr taxtında varisi ola biləcəyini güman edib.

“Əminəm ki, əgər mən Vyetnama getməsəm, onda XXIV İohann gedəcək, amma bu, mütləq baş verəcək”, – Monqolustandan qayıdan Fransisk yolda jurnalistlərin Vyetnama mümkün gələcək səfərlə bağlı sualını cavablandırarkən deyib.

O, həmçinin Müqəddəs Taxt-Tac ilə Vyetnam arasında əlaqələrin müsbət inkişafını yüksək qiymətləndirib.

Qeyd edək ki, 86 yaşlı Papa ona əvvəlki kimi səyahət etməyə imkan verməyən müəyyən sağlamlıq problemləri yaşadığını gizlətmir. Bir neçə ay əvvəl o, son iki il ərzində ikinci qarın boşluğu əməliyyatını keçirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin