Yasamalda 35 yaşlı kişini avtomobil vurub

30

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Zeynalov Elgün Behbud oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin