Bu ölkədə TikTok bağlanacaq

34

Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.

mobilmedia.az xəbər verir ki, buna səbəb quruma bir sıra qeyri-hökumət təşkilatlarından sözügedən platformanın uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərməsi ilə bağlı daxil olan şikayətlərin artması olub.

Nazirliyin apardığı monitorinqlər nəticəsində sosial şəbəkənin uşaqların sağlamlığına və inkişafına zərərli olan məlumatları məhdudlaşdırmadığı, məlumatlar əldə edərkən yaş kateqoriyasına nəzarət funksiyalarının olmadığı ortaya çıxıb.

Nazirlik artıq qərarın qanunvericilik çərçivəsində reallaşması üçün ölkənin Rəqəmsal İnkişaf Nazirliyinə müraciət ünvanlayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin