Bakı metrosunda dezinfeksiyaedici qurğu quraşdırılacaq

29

Bakı metropolitenin “28 May” stansiyasındakı eskalatorlarının birində xüsusi dezinfeksiyaedici qurğu quraşdırılır.

mobilmedia.az xəbər verir ki, bunu “APA-Economics”ə “Sumaks” startap şirkətinin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda qurğu sınaq mərhələsindədir və nəticələr qənaətbəxş olduğu təqdirdə metronun bütün stansiyalarında olan ekskalatorlar bu qurğularla təchiz olunacaq.

Dezinfeksiya qurğuda istifadə olunan ultrabənövşəyi işıqlar vasitəsilə aparılır. Belə ki, eskalatorun daim hərəkətdə olan sürahiləri davamlı şəkildə bu qurğunun içindən keçərək dezinfeksiya olunur:

“Bu qurğuların iri ticarət mərkəzlərində istifadə olunan ekskalatorlarda da quraşdırılması ilə bağlı təkliflər verilib”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin