
1995-ci ildə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin dərin əsasları qoyuldu. Bu fonda Azərbaycanda özəlləşdirmə çekləri vasitəsilə dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alındı. Məlumat üçün bildirək ki, 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” yazılıb. Bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Bu gün özəlləşdirmə çekləri qüvvədə olmasa da, əlində çeki qalan vətəndaşlar haqqlarının bərpa olunacağını ümidlə gözləyirlər.
Mövzu ilə bağlı Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Xeberaz.com-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərindən istifadə edə bilməyən şəxslərə güzəştlər tətbiq olunmalıdır:
“Sözügedən çeklərin tədavülə buraxıldığı dövrlərdə idarəetmənin düzgün aparılmaması və inhisarçılıq faktlarına yol verilməsi sıravi vətəndaşların zərərə uğramasına və haqqlarının tapdalanmasına yol açdı. Özəlləşdirmə çekləri ilə bağlı məsələ artıq çoxdandır ki, gündəmə gətirilib. O vaxtı vətəndaşlara bu çeklərdən verilsə də, özəlləşdirmə prosesində çox ciddi korrupsiya faktlarına yol verildi. Ona görə də bir çox vətəndaşlar öz paylarından lazımi səviyyədə istifadə edə bilmədilər.
Normativ hüquqi aktlar və nəzəriyyəyə görə, verilmiş bir hüquq ləğv olunduqda həmin hüququ tənzimləyən normativ hüquqi aktlarda bundan sonra hansısa dəyişiklik edilməz. Çünki bu, hüququn qüvvədən düşməsi hesab olunur. Məlum olduğu kimi, “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə” 14 may 1997-ci il tarixli 579 saylı fərmanla təsdiq olunub. Həmin çeklər başqa bir fərmanla 2011-ci il 1 yanvar tarixindən etibarən tədavüldən çıxarılıb. 22 dekabr 2014-cü il tarixli 426 saylı fərmanla isə “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə”də dəyişiklik edilib. Sual olunur ki, çeklər hələ də qüvvədə deyilsə, onda nə üçün çeklərə aid olan əsasnamədə dövriyyədən çıxarılandan sonra dəyişiklik edilib?! Bu kontekstdən yanaşsaq, özəlləşdirmə çekləri hələ də qüvvədədir.
Hazırkı vəziyyətdə insanların hüquqlarının bərpa olunmasına ehtiyac var. Faktlar yenidən araşdırılmalı və qalan müəssisələrin özəlləşdirilməsi üçün çeklər tədavülə buraxılmalıdır. Eyni zamanda, məsələnin dərindən araşdırılması üçün iqtisadçılardan ibarət komissiya yaradılmalıdır. Unutmaq olmaz ki, bütün məsələlərin kökündə Azərbaycan vətəndaşı və onun hüquqları dayanır. Vətəndaşların hüquqlarının bərpası üçün özəlləşdirmə çekləri məsələsi qısa zamanda həll olunmalıdır. İlin sonuna kimi çeklərlə bağlı problemin aradan qaldırılacağına inanıram. Çox istərdim ki, bütün millət vəkilləri bu problemi parlamentdə müzakirəyə çıxarsınlar. Çünki millət vəkilləri hər bir vətəndaşımızın vəkilidir, sözçüsüdür. Deputatların vəzifəsi vətəndaşların haqqlarını müdafiə etməkdir. ”.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə qeyd edib ki, əvvəlki və indiki dövrdə vauçerlərin ləğvi barədə heç bir rəsmi qanun qəbul edilməyib:
“Hazırda özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı hər hansı bir qanun və yaxud sərəncam, fərman mövcud deyil. Sadəcə olaraq özəlləşdirmə çekləri ölkəmizdə dövriyyəyə buraxılan ilk gündən öz dəyərini ifadə edə bilmədi. İndiki məqamda dövlətin müvafiq qurumları vauçerlərdən istifadəyə imkan yaradılması üçün addımlar atmalıdırlar. Bundna başqa, sözügedən problem parlamentdə də sıx şəkildə müzakirəyə çıxarılmalıdır. Ulu Öndər Heydər Əliyevin “Özəlləşdirmə qanunu”nun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli fərmanı qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdirilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Fərman nə hüquq verə, nə də qanunun verdiyi hüququ ala bilər. Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı cinayətdir. Özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir”.
Qeyd edək ki, yüz minlərlə ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİ ümidlə saxlayan ailələr adından AR Prezidenti Cənab İlham Əliyevə və Deputatlara müraciət olunub. Həmin müraciəti təqdim edirik:
Deputatlar, biz prezidentə niyə inanırıq?
Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/
Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:
https://www.facebook.com/411723382563138/posts/1365259420542858/
Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətlə tanış ola bilərsiniz:
file:///C:/Users/Dell/Downloads/Milli%20M%C9%99clisin%20S%C9%99drin%C9%99.pdf
HAMIDAN XAHİŞ EDİRİK BU VİDEONU BƏYƏNİN, RƏYDƏ YAZIN VƏ PAYLAŞIN:



