İranda Krım-Konqo qızdırması virusu yayıldı

45

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

mobilmedia.az xəbər verir ki, bununla bağlı İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin heyvanlardan insanlara keçən xəstəliklərin profilaktikası və nəzarət qrupunun rəhbəri Məhəmmədrza Şirzadi açıqlama verib.

Onun sözlərinə görə, ölkədə 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub və bu xəstəlikdən üç ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Krım-Konqo virusuna yoluxma, əsasən, gənə dişləməsi zamanı, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Xəstəliyin əlamətləri yüksək hərarət, üşütmə, əzələ ağrıları, başağrısı, ürəkbulanma, qusma, ishal, dəridə səpgi və qanaxmalardır.

Xəstəliyin ölüm əmsalı 40 faiz təşkil edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin