Azərbaycan səfiri Türkiyə Ordusunun Baş Qərargah rəisi ilə görüşüb

33

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov bu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.

mobilmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Vurğulanıb ki, R.Məmmədov yeni vəzifəsində M.Güraka uğurlar arzulayıb.

R.Məmmədov isə özünün “X” hesabında yazıb ki, görüş zamanı tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub:
“Əməkdaşlığın inkişaf edən xətlə davam edəcəyinə inanırıq”.

Qeyd edək ki, M.Gürak avqustun 3-də Türkiyə Ordusunun Baş Qərargah rəisi təyin olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin