ASA: “Bu il Azərbaycanda sığorta haqları 1 milyard manatı keçəcək”

39

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi bu il Azərbaycanda sığorta haqlarının 1 milyard manatı keçəcəyini proqnozlaşdırır.

mobilmedia.az xəbər verir ki, bunu qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib.

“Bu ilin I yarısında sığorta bazarındakı artıma nəzər salsaq, 2023-cü ili yüksək artımla başa vuracağımızı deyə bilərik”, – deyə o qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 970,823 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2021-ci ilə nisbətən 15 % çoxdur.

Bu ilin I yarısında isə sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 32 % çox – 648,945 milyon manat təşkil edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin