Tokayev BRICS Sammitinə qatılacaq

36

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BRICS Sammitində iştirak edəcək.

mobilmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan PA – “Aqorda” məlumat yayıb.

24 avqust 2023-cü il tarixində dövlət başçısı Kasım-Jomart Tokayev Yohannesburqda BRICS-in 15-ci Sammiti çərçivəsində keçiriləcək BRICS+ formatında Dövlət Başçılarının Dialoqu iclasında videokonfrans vasitəsilə iştirak edəcək.

Qazaxıstan Prezidenti Cənubi Afrika Respublikasının lideri Siril Ramafosanın dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının hazırkı sədri kimi iclasda çıxış edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin