“Barselona” borca ​​görə futbolçulara yemək vermir

36

“Barselona” rəhbərliyi maliyyə problemləri ilə əlaqədar ehtiyat oyunçular üçün səhər yeməyi və nahar yeməyini ləğv etmək qərarına gəlib.

mobilmedia.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. Mənbənin bildirdiyinə görə, klub “Barselona Atletik” komandasının futbolçularının La Masia bazasında yemək xərcini əsassız hesab edib, çünki səhər yeməyi və nahara aşpazların hesabladığı qədər futbolçu qalmamışdı.

Hələ səhər yeməyi və nahar ləğv olunmamışdan əvvəl “Barselona Atletik”in baş məşqçisi Rafael Markes ilk məşqdən sonra futbolçularını yemək üçün evə göndərməyə üstünlük verib ki, futbolçular adi şəraitdə nahar edib dincəlsinlər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin