“70 yaşdan sonra evlənməyi düşünürəm”

31

Türkiyəli məşhur rokçu Teoman ötən gün Cihangirdəki məkanlardan birindən çıxarkən jurnalistlərin suallarını cavablandırıb və verdiyi açıqlamalarla diqqət çəkib.

mobilmedia.az xəbər verir ki, təqaüdə çıxması ilə bağlı verilən sualı səmimi cavablandıran müğənni “İnsanlar məni gənclikdən sərsəri Teoman kimi tanıdıqları üçün gülməli gəlir”,- deyib.

55 yaşlı sənətçi bildirib ki, ona xərcləmək üçün pulu prodüseri verir: “Mənim pulla çox işim yoxdur, hələ də uşaq kimi yaşayıram. Ayın əvvəlindən sonuna qədər xərcləmək üçün pul alıram və buna uyğun yaşayıram. Amma təqaüdə çıxmaq məni çox sevindirdi”.

Teomanın evliliklə bağlı verilən suala cavabı isə hər kəsin marağına səbəb olub. Belə ki, o, heç bir yaş kriteriyası olmadığını və 70 yaşdan sonra evlənməyi düşündüyünü bildirib.
Qeyd edək ki, Teoman 2012-ci ildə Ayşe Kaya ilə ailə həyatı qurub. Onların bu evlilikdən 2013-cü ildə Zeyno Şazi Yakupoğlu adlı bir qızı dünyaya gəlib. Cütlük 2015-ci ilin martında boşanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin