Gəncədə avtomobil aşıb: ölən var

35

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

mobilmedia.az-ın məlumatına görə, Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R.Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin