Salyanda 25 yaşlı qadın öldürüldü

27

Salyanda 25 yaşlı qadın qətlə yetirilib.

mobilmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 16-da saat 15 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin