Marqo Robbi “Barbi”yə görə milyonlarla dollar qazanacaq

36

Aktrisa Marqo Robbi “Barbi” filminə görə 50 milyon dollardan çox mükafat alacaq.

mobilmedia.az xəbər verir ki, Robbi əfsanəvi kukla rolundan əlavə “Barbi”nin prodüseri kimi də çıxış edib.

Məbləğə filmin kassa uğuruna görə mükafat da daxildir.

Hazırda ekran əsəri dünyada 1,18 milyard dollar toplayıb. Vəsaitin 526 milyon dolları ABŞ-dən, 657,6 milyon dolları isə beynəlxalq kinoprakatdan əldə olunub.

Hərçənd, “Barbi” filmini istehsal edən “Studio Warner Bros” məlumatı təsdiqləməyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin