Avtoidman Yay Olimpiya Oyunlarının proqramına salına bilər

34

Beynəlxalq Olimpiya Komitəsi 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq Yay Olimpiya Oyunlarının proqramına avtoidmanın daxil edilməsini nəzərdən keçirir.

mobilmedia.az-ın məlumatına görə, son qərarın oktyabrda verilməsi planlaşdırılır.

Avtoidmandan əlavə, bayraq futbolu (Amerika futbolunun təmassız versiyası), beysbol, kikboksinq və bir neçə idman növü olimpiadanın proqramına salınmaq üçün mübarizə aparır. Siyahıda ümumilikdə 9 növün olduğu bildirilib.

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) olimpiada üçün hansı avtoidmanı təklif edəcəyi hələlik bəlli deyil. Lakin bunun kartinq olacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-dakı yarışın 2028-ci il 21 iyul – 6 avqustda keçirilməsi planlaşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin