
“Baltikyanı ölkələrin II Dünya müharibəsinin başlanmasından sonra SSRİ-yə birləşdirilməsi qanuni proses idi”.
mobilmedia.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Nəşinl İnterest” jurnalında dərc olunan məqaləsində yer alıb.
“1939-cu ilin payızında SSRİ özünün strateji, hərbi və müdafiə məqsədlərini rəhbər tutaraq Latviya, Litva və Estoniyanın birləşdirilməsi prosesini başladıb. Onların SSRİ-yə qatılması seçkili hakimiyyət orqanlarının razılığı əsasında gerçəkləşdirilib. Bu, o zamanın beynəlxalq və dövlət hüququna uyğun olub”, – deyə o bildirib.(axar.az)



