
Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərilməsi avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən, avqustun 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hazırda havada tozun normadan 2.5 dəfə artıqdır.
Qeyd olunub ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə bağlı transsərhəd xarakter: “Belə ki, davamlı cənub-şərq tərəfdən hava axınları ilə toz hissələrinin ölkə ərazisinə daxil olması müşahidə olunur. Bu cür hava şəraitinin 2 gün ərzində davam etməsi gözlənilir”.



