
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilmiş türkiyəli diplomat Volkan Bozkır Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
mobilmedia.az xəbər verir ki, bu barədə Bozkır “Twitter” səhifəsində paylaşım edib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməyim münasibətilə təbrikindən şərəf və qürur duydum. Cənab Prezidentə səmimi təşəkkürümü və hörmətimi ifadə edirəm”.
Xatırladaq ki, V.Bozkırın namizədliyini 192 dövlətdən 178-si dəstəkləyib. O, bu vəzifədə 74-cü sessiyanın işinə rəhbərlik etmiş Nigeriyanın BMT yanında daimi nümayəndəsi Ticani Məhəmməd-Bandı əvəz edəcək.
Hazırda Bozkır Türkiyə parlamentinin xarici siyasət üzrə komitəsinə başçılıq edir. Daha əvvəl Avropa İttifaqı işlər üzrə nazir və qurum ilə danışıqlarda Türkiyə nümayəndə heyətinin başçısı vəzifəsini tutub.




