Hacıqabulda yol qəzası: 6 yaralı

27

Hacıqabulda baş verən qəzada altı nəfər xəsarət alıb.

mobilmedia.az-ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Udulu kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə VAZ 2106 markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər rayon sakini müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Onların orta ağır və yüngül xəsarətlər aldığı bildirilir. Bəzilərinə ambulator yardım göstərilib, bəziləri isə palatalara yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin