
Dağıstanda partlayışda ölənlərin sayı 30-a çatıb, 3 günlük matəm elan olunub – YENİLƏNİB-3
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.
mobilmedia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, dağıntılar altındakı daha 3 nəfərin meyiti tapılıb.
09.24
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədi ilə Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan edilib.
“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Avqustun 14-də Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub. Hadisə nəticəsində ölənlərin sayı 27-yə çatıb, 102 nəfər hospitala yerləşdirilib.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.



