Bu il 1580 əkiz, 75 üçəm və 4 dördəm doğulub

38

Bu ilin altı ayı ərzində Azərbaycanda doğulan körpələrdən 1 580-i əkiz, 75-i üçəm, 4-ü isə dördəm olub.

mobilmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53 918 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin