Bayden Çini “saatlı bomba” adlandırıb

31

ABŞ prezidenti Cozef Bayden Çini “saatlı bomba” adlandırıb.

mobilmedia.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Yuta ştatında seçki kampaniyası ərəfəsində vəsait toplamaq üçün keçirilən tədbirdə çıxışında deyib. Onun sözlərinə görə, Çin iqtisadi çətinliklərlə, o cümlədən yüksək işsizliklə üzləşib: “Pis insanların problemi olanda pis işlər görür”.

O, həmçinin Pekinlə rasional münasibətlər axtardığını bildirib. Eyni zamanda Amerika lideri qeyd edib ki, o, Çinə “zərər vermək” istəmir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin