“Versace”nin sahibi dəyişdi

28

“Coach”, “Kate Spade” və “Stuart Weitzman” brendlərinin sahibi olan “Tapestry” şirkəti “Capri Holdings”i 8,5 milyard dollara satın alıb.

mobilmedia.az xəbər verir ki, sövdələşmə nəticəsində “Capri Holdings”in brendləri – “Michael Kors”, “Jimmy Choo” və “Versace” də sahibini dəyişib.

“Capri”nin rəhbəri Con Aydol bildirib ki, sövdələşmə “şirkətin qlobal mövcudluğunun genişlənməsini sürətləndirmək üçün” resursları və imkanları artıracaq.
Xatırladaq ki, “Capri” 2018-ci ildə “Versace”ni 2,2 milyarda satın almışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin