Çində təbii fəlakət nəticəsində 29 nəfər ölüb

27

Çinin şimal-şərqində yerləşən Hebey əyalətində leysan yağışları nəticəsində baş vermiş daşqınlar səbəbindən 29 nəfər ölüb.

mobilmedia.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 16 nəfər itkin düşüb. Xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Bundan əvvəl əyalətdə doqquz nəfərin öldüyü və altı nəfərin itkin düşdüyü bildirilirdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin