Rusiyada COVID-19-a qarşı peyvəndin sınağına başlanılıb

24

Rusiyada COVID-19-a qarşı peyvəndin sınağına start verilib.

Milliteibuna.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Koronavirusa qarşı peyvəndin ilk dəfə Burdenko adına hospitalda 18 könüllü üzərində sınaqdan keçirildiyi bildirilib.

Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi akademik Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi ilə birgə koronavirusa qarşı yerli istehsal olan vaksin preparatının sınağına başlayıb.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin