
TƏBİB alış-verişlərlə bağlı vətəndaşlara müraciət edib.
mobilmedia.az xəbər verir ki, müraciətdə hər kəsə koronavirus (COVID-19) pandemiyası dövründə alış-verişin onlayn edilməsi tövsiyə olunur:
“Dostlar və əzizlərinizlə virtual görüşlərə üstünlük verin. Ehtiyac olmadıqca, kütləvi məkanlara getməyin. Alış-verişi mümkündürsə, onlayn edin. Bununla siz, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına kömək ola bilərsiniz”.



