Xeyriyyə ziyafətində 450-dək insan zəhərlənib

46
Lunch is prepared for members of the Panjshir PRT and U.S. Ambassador Karl W. Eikenberry at the Astana Guest House in Panjshir Province, Afghanistan on Thursday, March 31, 2011. (S.K. Vemmer/Department of State)

Əfqanıstanın Host vilayətində xeyriyyə ziyafətindən sonra 450-yə yaxın insan zəhərlənib.

mobilmedia.az xəbər verir ki, bu barədə Əfqanıstanın İctimai Səhiyyə Departamentinin rəhbəri Fəzal Kərim Mandozay məlumat verib.

“Ümumilikdə 90-ı uşaq, 120-si qadın olmaqla 450-yə yaxın insan müalicə olunur”, – deyə o, bildirib.

Departamentin rəhbəri qeyd edib ki, hazırda zəhərlənmənin nədən baş verdiyi məlum deyil. İlkin səbəb kimi aşpazların yemək bişirmə prosesində yol verdikləri səhlənkarlıq göstərilir.
Yerli polis nümayəndəsinin sözlərinə görə, hadisə ilə bağlı təhlükəsizlik xidməti araşdırma aparır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin