
“Əbədi Birlik” Gənclər İctimai Birliyi, BZT Akademi və Turan Akademinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə: “Dostluq və qardaşlığımız əbədidir!” – mövzu başlığı ilə jurnalist yazıçı Həsən Barın ilə görüş keçirilib.
mobilmedia.az xəbər verir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının iki ölkə arasında ortaq dəyərlərin, mədəniyyətlərin və tarixin paylaşılmasına əsaslandığı mövzusuna toxunulub.
Bu dostluq və qardaşlığın iki ölkənin regional sabitlik, təhlükəsizlik və tərəqqi naminə birgə işləmək iradəsini əks etdirdiyi irəli sürülüb. İki ölkə arasında dostluğun və qardaşlığın əbədi olacağına inamın hər iki xalqın arasında da güclü şəkildə müşayiət olunduğuna aydınlıq gətirilib.











