Özəlləşdirmə çeklərinin tədavülünə kimlər mane olur? – Şikayət

58

Ölkə başçısı daim öz çıxışlarında insan haqqlarının müdafiəsinə toxunur. Cənab prezident bildirib ki, “İnsanlar haqqını tələb etməlidir və  necə tələb etməyi bacarmalıdır”.

Son dövrlər cəmiyyətdə özəlləşdirmə paylarının (çeklər) yenidən istifadəsi ilə bağlı müzakirələrə sıx rast gəlinir. Bu baxımdan əksər deputatlar və ictimai nüfuzlu şəxslər də özəlləşdirmə çekləri ilə bağlı müəyyən çağırışlar ediblər. Qeyd olunan çeklərin dövlət əmlakından bir hissə olduğunu nəzərə alsaq, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların məlum etirazı başadüşüləndir. Çünki özəlləşdirmə çeklərinin dövriyyəsi bərpa olunmasa da, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir.

Bir çox tanınmış kütləvi informasiya vasitələrində, internet qəzetlərində, “Youtube” və digər sosial media şəbəkələrində bu məsələ ilə bağlı çıxış edən ölkəmizin nüfuzlu ziyalıları, hüquqşünas alimləri də vətəndaşların haqlı tələbini ictimaiyyətə çatdırıblar. Çünki əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb.

Bu baxımdan bir müddət öncə müharibə veteranları, təqaüdçülər və müxtəlif peşə sahiblərinin nümayəndələri Konstitusiya Məhkəməsinə şikayət məktubu göndəriblər. Onu da unutmaq olmaz ki, bu gün kifayət qədər vətəndaşın əlində özəlləşdirmə çekləri istifadəsiz qalıb. Ona görə də vətəndaşların fərdi şəkildə öz hüquqlarını müdafiə etməsi mümkün deyil. Bu səbəbdən şikayətlə bağlı vətəndaşların hüquqi nümayəndəsi, hüquqşünas Mübariz Yolçuyevdir.

Vətəndaşlar hesab edirlər ki, problemin həllinə Konstitusiya Məhkəməsi aydınlıq gətirə bilər. Çünki bununla bağlı qanunlar vətəndaşların tərəfində olsa da, sonradan məmur oliqarxiyasının mənafeyi ucbatından bəzi dəyişikliklər edilib. Hansı ki, bu dəyişikliklərin çoxu, eləcə də tədavül müddətinin başa çatması barədə qərar qanuna və hüquqaziddir. Bu səbəbdən müharibə veteranları və təqaüdçülər çıxış yolunu Konstitusiya Məhkəməsinə müraciət etməkdə görürlər.

Konstitusiya Məhkəməsinə şikayət Tam Versiya və əsaslandırma:

https://www.facebook.com/groups/668471343515846/permalink/1587723841590587/

Hüquqşünas Mübariz Yolçuyev bildirib ki, yaxın zamanlarda özəlləşdirmə çeklərinin aqibəti ilə bağlı qərar açıqlanacaq. Konstitusiya Məhkəməsindən verilən məlumata görə, özəlləşdirmə çekləri ilə bağlı məsələ bir neçə hakimin icraatına verilib və palatada müzakirə olunur. Hazırda yay mövsümü olduğuna görə əməkdaşlar məzuniyyətə yollanır. Sentyabr ayında bu məsələ geniş şəkildə müzakirə olunacaq və obyektiv şəkildə mövqe bildirəcəklər. Senytabr ayının 20-nə qədər sözügedən məsələ ilə bağlı gözləmək tövsiyə olunur.

Əgər Sentyabr ayında Konstitusiya Məhkəməsində bu işlə bağlı qərar verilməsə və məsələ Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən parlament müzakirəsinə çıxarılmasa, bu halda beynəlxalq təşkilatlara, səfirliklərə müraciət olunacaq.

Gəlin belə başa düşək ki, Ramiz Mehdiyev və fərmanlarla əlaqəli məmurlar səhv ediblər. Hərçənd ki, bu səhv özəlləşdirmə çekləri ilə bağlı bir neçə fərmanda öz əksini tapıb. Maraqlıdır ki,  PA-da, Ali Məhkəmədə, Konstitusiya Məhkəməsində, Milli Məclisdə, Baş Prokurorluqda bu gün də vəzifədə olan adamlar bu hüquqi problemin tez bir zamanda Konstitusiya Məhkəməsində hüquqi yollarla aradan qaldırılmasını şərait yaratmırlar. Hansı səbəbdən bu orqanlarda işləyən məmurlar vətəndaşların şikayət məktubu və müraciətini Konstitusiya Məhkəməsinə yox , bu işlə heç bir əlaqəsi olmayan məmurlara göndərirlər?! Deməli, məqsəd 1 milyon vətəndaşı dövlətdən və Cənab Prezidentdən narazı salmaq və sosial gərginlik yaratmaqdır.

Diqqət!

Hər kəs gözəl bilir ki, hansısa əmlakı özəlləşdirmək üçün prezidentin bir sözü bəs edir və bunun üçün Prezidentin Konstitusiyanı pozan və cinayət məsuliyyəti yaradan hansısa bir fərmana qol çəkməsinə ehtiyacı yoxdur.  Oliqarx məmur mafiyası hələ də xalqın Cənab Prezidenti sevdiyini və ona tam inandığını başa düşməyib.

Bu problemin həlli ilə bağlı özəlləşdirmə çek sahibləri ölkə başçısına müraicət hazırlayıblar:

Cənab Prezident!

Bir Qrup müharibə veteranları və əmək veteranları tərəfindən yüz minlərlə ailələrin pozulmuş hüquqlarının bərpa olunması barədə 23.05.2023-cü il tarixində Sizə yazdığımız Şikayət – Xahiş məktubunda sizi aldadaraq keçmiş PA rəhbərliyi tərəfindən imzalatdırılmış bəzi normativ hüquqi aktların Konstiyusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə göndərilməsini sizdən xahiş etmişdik.

Sözügedən fərmanlar keçmiş PA Adminstrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin və PA hüquqşünaslarının səhvi üzündən Konstitusiyaya uyğunluğunu yoxlamadan və fərmanların preambulasında Konstitusion Əsaslandırma yazılmadan Sizə imzalatdırmışdılar.

Cənab Prezident!

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış QANUNLA qəbul olunmuş Özəlləşdirmə Proqramının 7-ci Əlavəsi ilə qoyulmuş dövlət öhdəliyini reallaşdırmaq – icra etmək üçün “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Ulu Öndər Heydər Əliyev 14 may 1997-ci ildə 579 № -li FƏRMAN imzalandı. Çox maraqlıdır ki, Əmlak Komitəsinin mətbuatda yazdığı kimi özəlləşdirmə çekləri 2011-ci il 1 yanvardan etibarən sizin fərmanınızla dövriyyədən çıxarılıbsa, bəs nəyə görə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 22 dekabr 2014-cü il tarixində 426 №-li fərman özəlləşdirmə çekləri dövriyyədən çıxarıldıqdan 3 il sonra imzalanıb?!

https://e-qanun.az/framework/28949

Ən əsası  bu dəfə Fərmanın preambulasına Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq əsaslandırma da yazılıb və bu hər iki fərman bu gün də qüvvədədir. Deməli, Özəlləşdirmə Payı (Çekləri ) Konstitusiya və Qanunlara əsasən bu gün də qüvvədədir. Bəs onda Sizi və xalqı niyə aldadırlar? Bu fakt Sizə, dövlətçiliyə və xalqa qarşı mütəşəkkil cinayət deməkdir.

Ramiz Mehdiyevin və onun hakimiyyətdə olan adamlarının sizdən bu məlumatları gizlətməsi dövlətə və xalqa qarşı ən ağır cinayət deməkdir.

Bizm Sizə bu barədə olan 23 may 2023-cü ildə göndərdiyimiz Şikayət-Xahiş məktubumuz PA-da kimsə tərəfindən Sizə məruzə edilmədən, səhvən və ya bilərəkdən Konstitusiya Məhkəməsinə deyil, Ali Məhkəməyə göndərilmişdir.

Artıq hamı belə qəbul edir ki, Konstitusiyaya zidd olan və atanız Ulu Öndərin xalqa vədini pozan belə fərmanları bilərəkdən heç vaxt imzalamazdınız. Hüquqşünaslar bilirlər ki, Konstitusiya, Qanunlara və beynəlxalq hüquqa zidd olan belə hüquqi faktlara görə müddəti tətbiq olunmayan cinayət məsuliyyəti yaranır. Deməli, ya PA hüquqşünasları səhv edir ya da sizi aldadıblar.

Bu tip məsələlər Konstitusiyaya əsasən hüquqla bağlı olduğundan ancaq qanunverici orqan olan Milli Məclis tərəfindən tənzimlənə bilər. Özəlləşdirmə payları verilən zaman qanunla qoyulmuş qaydalar və dövlət öhdəlikləri Konstitusiyaya zidd olaraq fərmanlarla pozulub. Atanız Ulu Öndərin 1995-ci ildə Prezident Sarayındakı tarixi çıxışı zamanı xalqa vəd etdiyi və qanunla verdiyi özəlləşdirmə payları olan vətəndaşların halal Miras Əmlak Payını Konstitusiyaya zidd olaraq  bizim əlimizdən alıblar.

Kimlər bu işin hüquqi müstəvidə Konstitusiya Məhkəməsində ədalətli həll olunmasına mane olurlar? Məqsədləri nədir?

Cənab Prezident!

Bəzi oliqarx məmurlar bu problemin KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ tez bir zamanda həll olunmasının qarşısını alırlar və hüquqi müstəvidə həllini istəmirlər.

Nəzərinizə çatdırmaq istəyirik ki, dövlət özəlləşdirmə payı (çeki) sahiblərinin sayı halhazırda 1 000 000 – dan çoxdur və onların Facebook qrupu mövcuddur, bütün məsələləri həmin qrupda müzakirə edirlər. Hesab edirlər ki, artıq 12 ildir Konstitusiya və Qanunlara zidd olaraq özəlləşdirmə aparılır, bundan sonra da özəlləşdiriləcək orta və iri müəssisələrin maliyyə tutumu təxminən 10 milyardlarla ifadə olunur. Konstitusiya və Qanunlara zidd özəlləşdirmələr ilə mülkiyyət hüququ və digər konstitusion hüquqlarının pozulduğunu hesab edirlər.

Mülkiyyət hüququnun, bütün dünyada qəbul edilmiş universal prinsiplərinə və insan hüquqlarına dair beynəlxalq sənədlərinə uyğun olaraq respublikamızda qorunması ölkəmizdə qiymətli kağızlar bazarının inkişafına, xarici investisiyaların cəlb olunmasına səbəb olacağı kimi, həm də xarici investorların dövlətçiliyimizə və qanunvericiliyimizə inanaraq bu bazarda iştirakının təminatı olacaqdır.

Cənab Prezident!

Bütün bunları nəzərə alaraq bir daha xahiş edirik ki, bu məsələnin tezliklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda baxılmasını təmin edəsiniz.

QEYD:

“Özəlləşdirmə çekləri” qrupuna üzv olun:

https://www.facebook.com/groups/668471343515846

Cənab Prezidentə 100 minlərlə ailələrin müraciəti:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

Несправедливость по отношению к народу и саботаж против государства – Кто и как лишил граждан Азербайджана прав на приватизацию?

https://haqqin.az/investigations/273600?fbclid=IwAR394AzHBNjFRPBz4rRsUauFS4FYvZxnf-YojdIc0BXh3ePS7OKElAi9d-U

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin