Qaxda 29 yaşlı kişi bıçaqlanıb

40

Qaxda bıçaqlanma hadisəsi baş verib.

mobilmedia.az xəbər verir ki, hadisə rayonun Qaxbaş kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Vaxtangi Tamazaşvili qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. V. Tamazaşvilinin üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. V. Tamazaşvilinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırma zamanı V. Tamazaşvilinin həmkəndlisi Nikolozi Sikmaşvili ilə aralarında olan mübahisə zamanı bıçaqlandığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin