Şəmkirdə iki avtomobil toqquşub: ölənlər var

36

mobilmedia.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Avtomobillərdən birində olanlar, Tovuz rayon sakinləri, 1961-ci il təvəllüdlü Bədirov Fəxrəddin Rəşid oğlu və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Bədirova Cəmilə Mirzə qızıdır. Onlardan qadının həyatını xilas etmək mümkün olmayıb. “Mercedes” markalı avtomobilin sürücüsü isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin