Goranboyda yol qəzası: yaralılar var

33

Goranboy rayonunda Gəncə şəhərinə doğru hərəkətdə olan sərnişin avtobusu ilə “VAZ-2107” markalı minik avtomobili toqquşub, xəsarət alanlar var.

mobilmedia.az-ın məlumatına görə, zərbənin gücündən minik avtomobili aşıb. Qəza nəticəsində, 1983-cü il təvəllüdlü Ceyhun Rəhimov və 1985-ci il təvəllüdlü Vüsal Əliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin