Naxçıvan Ali Məclisi Baş nazirə yeni müavin təyin olunub

34

Naxçıvan Ali Məclisi Bəxtiyar Məmmədovun muxtar respublikanın Baş nazirinin yeni müavini təyin olunmasını təsdiqləyib.

mobilmedia.az xəbər verir ki, bu barədə qərar muxtar respublikanın qanunverici orqanının avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.

Toplantıda Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin fərmanı təsdiqlənib.

Qeyd edək ki, Bəxtiyar İbrahim oğlu Məmmədov iyunun 20-də Naxçıvan Muxtar Respublikası Baş nazirinə müavin təyin edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin