Özəlləşdirmə çekləri ilə bağlı müzakirələr bitmir

26

1996-cı il yanvarın 1-dən Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına başlanılıb. Qiymətli kağız kimi qeydiyyatdan keçən 32 milyon özəlləşdirmə çekindən 31,9 milyonu vətəndaşlara paylanılıb. Qanunvericiliyə əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Hazırda dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Milli Məclisin bir sıra deputatları da hesab edirlər ki, qeyri-qanuni şəkildə istifadəsi dayandırılan özəlləşdirmə çeklərinə görə vətəndaşlara kompensasiyanın ödənməsinə ehtiyac var.

Bir müddət öncə müharibə veteranları, təqaüdçülər və müxtəlif peşə sahiblərinin nümayəndələri Konstitusiya Məhkəməsinə şikayət məktubu göndəriblər.

Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:

file:///C:/Users/Dell/Downloads/Konstitusiya%20%C5%9Fikay%C9%99ti.pdf

Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Konstitusiya Məhkəməsinin ekspertlərinin araşdırmasına qulaq asmağınızı tövsiyə edirik:

Onu da qeyd edək ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov mobilmedia.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çekləri ilə bağlı problemin aktual olaraq qalması davam edir:

“Son dövrlər özəlləşdirmə çekləri ilə bağlı məsələyə sıx rast gəlinir. Görünür, əlində çeki qalan vətəndaşlar problemin tez bir zamanda həll olunmasını istəyirlər. Bir müddət öncə özəlləşdirmə çek sahiblərindən deputatlara məktub vasitəsilə müraciət olunmuşdu. Həmin deputatlardan biri də mən idim. Sözügedən məktubu almışam və məlumatlıyam. Bildiyim qədəriylə çek sahibləri Milli Məclisin sədri Sahibə Qafarovaya da müraicət ünvanlayıblar. Hesab edirəm ki, bu məsələ ilə bağlı düzgün qərar veriləcək”.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova isə öz növbəsində qeyd edib ki, özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması kompensasiya ödənərək həyata keçirilə bilər:

“Respublikamızın qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” qanunu və 1995-ci ildə qanunla qəbul olunmuş ümummilli lider Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən, əmlak payının miqdarı, bölgüsü və bu kimi məsələlər mülkiyyət hüququ ilə bağlıdır və buna görə də qanunla qəbul edilən dövlət proqramı ilə tənzimlənə bilər. Həmin dövlət proqramında həm də özəlləşdiriləcək bütün orta və iri müəssisələrin, dövlət əmlakının ən azı 65 faizinin ölkə vətəndaşlarına qanunla qoyulmuş qaydalar əsasında əmlak payı olaraq verilməsi bir dövlət öhdəliyi kimi nəzərdə tutulub. Bu əmlak payının dövlət özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara verilməsi qərara alınıb. Dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri vətəndaşlara verildikdən sonra özəlləşdiriləcək dövlət payı üzərindəki mülkiyyət hüququ ilə birlikdə, digər bütün hüquqlar da vətəndaşlara keçmiş sayılır. Heç kim Konstitusiyaya zidd olaraq, qanunla vətəndaşlara verilən özəlləşdirmə çekləri ilə bağlı onların hüquqlarını, o cümlədən dövlət öhdəliklərini poza bilməz. Bu baxımdan ümid edirəm ki, çek sahibləri tez bir zamanda sevindirici xəbər alacaqlar və pozulmuş hüquqları bərpa olunacaq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin