Cəlilabadda yol qəzası: xəsarət alan var

26

Cəlilabad rayonunda 46 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

mobilmedia.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Nəsirov Ehtiram Yaqub oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin