Nabranda yol qəzası: 1 ölü

30

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

mobilmedia.az-ın məlumatına görə, hadisə rayonun İstisu qəsəbəsində baş verib.

Yolu keçmək istəyən Xaçmaz şəhəri sakini, 1961-ci il təvəllüdlü Nurməhəmməd Sabir oğlu Seyidəliyev avtomobil zərbəsi nəticəsində hadisə yerində dünyasını dəyişib. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İbrahim Arif oğlu Şahbazov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin