
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
mobilmedia.az xəbər verir ki, iyulun 19-da paytaxtın Binəqədi rayonunun Baksol qəsəbəsi ərazisində insan skeletinin kəllə və 2 ədəd bazu sümüyünə bənzər sümüyün aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanaraq, müvafiq ekspertizalar təyin edilib.



