Mikayıl Cabbarov İCCİA prezidenti ilə görüşüb

29

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə görüşüb.

mobilmedia.az xəbər verir ki, bu barədə M. Cabbarov özünün tvitter hesabında bildirib:

“İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq”.

“Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq”, – nazir qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin