
“Səyahət etməyi sevirəm. Amerikaya da bir dəfə getdim və qaldım. Bir qrupa üzv oldum, blüz musiqisini öyrəndim”.
mobilmedia.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Amerikadan yeni gələn müğənni İlhamə Qasımova deyib. “Söhbət var” proqramında qonaq olan sənətçi Amerikaya getməsinin səbəblərini açıqlayıb:
“Əslində ötən il qayıtmalı idim, qaldı. Depressiyadan, darıxmaqdan məndə panik-atak yarandı. Bir yerdə bir-iki saatdan sonra qala bilmirdim. Ona görə də təyyarəyə minə bilmirdim. 13 saat necə uçum? Metroya minirdim, 3 dəqiqədən sonra halım pisləşirdi. Müalicə aldım və sağaldım…
İndi isə avqustda gəlməli idim. Amma pandemiya yayıldı, gördüm uçuşlar olmayacaq. Orada daha çox qala bilməzdim”.



