Özbəkistanda karantin rejimi avqustun 1-dək uzadılıb

42

Özbəkistanda qırmızı, sarı və yaşıl regionlara bölünən vilayət və rayonların hamısında gücləndirilmiş sanitar-gigiyena normalarına əməl etməklə karantin rejimi avqustun 1-dək uzadılıb.

mobilmedia.az bildirir ki, ölkədə bununla bağlı qərar qəbul edilib.

Bildirilir ki, sarı və yaşıl ərazilərdə özəl uşaq bağçaları iyunun 15-dən, dövlət uşaq bağçaları isə avqustun 1-dən açılacaq.

İyulun 1-dən sarı və yaşıl ərazilərdə kafe, restoran və geyim bazarları da qapılarını açacaq.(azərtac)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin